15 Noyabr 10:30 Levandovski, Kimmix və İsmayılov
FUTBOL xəbərləri 15 Noyabr 10:30
2466 baxış

Levandovski, Kimmix və İsmayılov

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup və pley-off oyunlarının yekunlarına əsasən ən yaxşı bombardir və assistent müəyyənləşib.

 

Polşa millisinin üzvü Robert Levandovki 16 qolla qitənin ən məhsuldar oyunçusu olub. Portuqaliyalı Kriştianu Ronaldo 15 qolla 2-ci olubsa, danimarkalı Kristian Eriksen və belçikalı Romelu Lukaku 11 qolla 3-cü yeri bölüşüb.

 

Assistentlərin cədvəlinə isə almaniyalı Coşua Kimmix başçılıq edir. O, 9 qolun ötürməsini verib. 5 oyunçu hərəyə 7 assistentliklə fərqlənib. Bunlar Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tom Menyedi (Belçika).

 

“Qol+ötürmə” sayında isə Ronaldo ən yaxşı olub. Onun hesabında 18 (15+3) xal var. Levandovski 17 (16+1), Eriksen 14 (11+3) qolda pay sahibidi.

 

Azərbaycan millisinin heyətində isə Əfran İsmayılov hər iki göstəricidə ən yaxşı olub. 3 qol vuran yarımmüdafiəçi 2 dəfə assistentlik bacarığını nümayiş etdirib.

Xəbər lenti