[b]“Liverpul” qapıçısını satdı[/b]
21.07.2018 - 00:06
[b]“Liverpul” qapıçısını satdı[/b]

Braziliyalı Alisson Bekkeri 75 milyon avroya alaraq dünyanın ən bahalı qapıçı transferinə imza atan “Liverpul” heyətindəki “çərçivə qoruyucuları”ndan biri ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, “mersisaydlılar” Denni Uordu satıb.

 

25 yaşlı qapıçı “Lester”ə keçib. “Tülkülər” bu keçidə qarşılıq 11.2 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, ötən mövsüm “Liverpul”un heyətində sadəcə bir kubok matçında meydana çıxan Uord 2 qol buraxıb.

0