[b]“Mançester Siti” də Keynə fantastik təklif göndərdi[/b]
23.02.2018 - 12:50
[b]“Mançester Siti” də Keynə fantastik təklif göndərdi[/b]

“Tottenhem”in hücumçusu Harri Keyn uğrunda mübarizə getdikcə qızışır. Apasport.az saytı “Diario Gol”a istinadən xəbər verir ki, “Real” və “Yuventus”un ardınca daha bir klub 24 yaşlı hücumçuya təklif göndərib.

 

Söhbət “Mançester Siti”dən gedir. “Şəhərlilər” Keyni transfer etməkdə israrlıdılar. Onlar İngiltərə yığmasının üzvünə görə 200 milyon funt-sterlinq (təxminən 227 milyon avro) xərcləməyə hazırdılar. Qarşı tərəfin bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

 

Bu günlərdə “Real” rəhbərliyi də ingilislərə rəsmi təkliflə müraciət etmişdi. “Kral klubu” keçidin baş tutması üçün 200 milyon avrosundan keçməyə razı olduğunu bildirmişdi.

 

Keyn özü də karyerasını daha iddialı komandada davam etdirməyə qarşı deyil.

 

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Harri Keyn cari mövsümdə ümumilikdə 35 oyunda 34 qola imza atıb.

 

 

0