[b]Messi 300-ü keçdi[/b]
20.09.2017 - 10:45
[b]Messi 300-ü keçdi[/b]

İspaniya çempionatının V turunda “Eybar”la keçirilən qarşılaşma “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşan matçda argentinalı oyunçu poker edib.

 

Messinin vurduğu ikinci qol bu vaxta qədər “Nou Kamp”da imza atdığı 300-cü qol olub.

 

Yubileyi rəsmiləşdirən 30 yaşlı hücumçu görüş ərzində daha 2 dəfə fərqlənərək, “Barselona”nın meydanında vurduğu qolların sayını 302-yə çatdırıb. 

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandanın formasını geyinir.

0