"Arsenal" İngiltərə millisinin qolkiperini ala bilər
10.05.2024 - 11:59
"Arsenal" İngiltərə millisinin qolkiperini ala bilər

London "Arsenal"ı İngiltərə millisinin əsas qapıçısı ilə maraqlanır.

Apasport.az "Team Talk"a istinadla xəbər verir ki, "topçular" yayda "Everton"dan Cordan Pikfordu transfer etməyi düşünür.

30 yaşlı ingilisin klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Buna baxmayaraq, "Arsenal" mövsümlərarası fasilədə qapıçını almağa çalışacaq.

Xatırladaq ki, “Arsenal” yayda “Brentford”dan David Rayanın transferini tamamlayacaq. 
 

0