“Trabzonspor”da yeni dövr – Tomas Rays Trabzona gəldi
15.09.2026 - 23:39
“Trabzonspor”un yeni baş məşqçisi Tomas Rays Trabzona gəlib.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
“Bordo-mavilər”lə razılaşan almaniyalı mütəxəssis Bolqarıstandan xüsusi təyyarə ilə Trabzon hava limanına enib. Rays burada azarkeşlər tərəfindən qarşılanıb. Onun klub rəhbərliyi ilə son detalları müzakirə etdikdən sonra rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, 52 yaşlı Tomas Rays daha əvvəl Türkiyədə “Samsunspor”u çalışdırıb. O, 2026/2027 mövsümünə Bolqarıstanın “Ludoqorets” klubunda başlayıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0