[b]“Milan” Avropa Liqasından kənarlaşdırılır[/b]
20.06.2018 - 10:12
[b]“Milan” Avropa Liqasından kənarlaşdırılır[/b]

UEFA “Milan”ı Avropa Liqasından uzaqlaşdırmağı planlaşdırır. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, buna səbəb “rossonyerlər”in maliyyə feyr-pley qaydalarını pozmasıdı.

İtaliya klubunun vəziyyətin həlli üçün təklif etdiyi müqavilə şərtlərini qitə futbol qurumu rədd edib. Bundan əlavə, UEFA biznes sahəsində şübhəli şəkildə tanınan klub sahiblərinə güvənmir.

“Milan” rəhbərliyi avrokuboklardan kənarlaşdırılacağı təqdirdə, Lozanna Arbitraj Məhkəməsində iddia açmağı düşünür.

0