[b]Millət vəkili Kamran Quliyevi istefaya səslədi[/b]
20.07.2018 - 16:26
[b]Millət vəkili Kamran Quliyevi istefaya səslədi[/b]

“Məğlubiyyətlər məşqçilərin günahıdı. Tərlan Əhmədovu çıxarıb, yerinə haradansa “importnı” məşqçi gətirirlər, elə bilirlər ki, o da “importnı” mal kimi qiymətlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas deyib.

 

65 yaşlı deputat yenicag.az saytına müsahibəsində “Neftçi”nin Avropa Liqasındakı çıxışını dəyərləndirib. O bildirib ki, “Uypeşt”ə məğlubiyyətin günahkarı baş məşqçi Roberto Bordin və prezident Kamran Quliyevdi.

 

Aqil Abbas hətta klub rəhbərini istefaya səsləyib: “Futbol bir mədəniyyətdi, elmdi. Onlar top-top oynayırdılar. Tərlan Əhmədov sıfırdan komandanı götürüb, Avroliqaya vəsiqə qazanmışdı. Axırı nə oldu? Klub prezidenti futbola qarışmamalıdı. Komandanı məşqçi idarə etməlidi. “Neftçi” Tərlan Əhmədovun zəhmətini yerə vurdu. Bəs bu biabırçı məğlubiyyətdən sonra Kamran Quliyev niyə istefa vermir?”

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində evdə “Uypeşt”i məğlub edən (3:1) “Neftçi” səfərdə böyük hesabla yenilərək (0:4), mübarizəni dayandırıb.

0