10 Dekabr 00:03 Milli üzvü komandasına qələbə qazandırdı
FUTBOL xəbərləri 10 Dekabr 00:03
419 baxış

Milli üzvü komandasına qələbə qazandırdı

Kipr Birinci Divizionunda XV tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi doğma meydanda “Alki Orokli”ni qəbul edib. Görüş Araz və komandası üçün uğurlu bitib. Belə ki, matça start heyətində başlayan və sona kimi meydanda olan milli üzvü 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. Görüş “Anortosis”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, geridə qalan 15 oyundan sonra aktivində 33 xal olan Famaqusta klubu bir oyun artıq keçirməklə turnir cədvəlinin lideridir.

Xəbər lenti

Xəbər lenti