23 Noyabr 18:05 Millimiz böyük hesabla uduzdu
FUTBOL xəbərləri 23 Noyabr 18:05
1158 baxış

Millimiz böyük hesabla uduzdu

Türkiyədə təşkil olunmuş Egey kubokunda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Türkiyə komandası ilə qarşılaşıb.

 

Görüş 6:0 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

 

Qeyd edək ki, millimiz bunadək Albaniyanı 1:0 hesabı ilə yenib və Kosovoya 0:2 hesabı ilə uduzub.

Xəbər lenti