19 May 10:07 Millimiz Makedoniyanı məğlub etdi
FUTBOL xəbərləri 19 May 10:07
599 baxış

Millimiz Makedoniyanı məğlub etdi

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz bu ölkənin müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

 

Rəqiblər arasında ilk oyunda olduğu kimi bu dəfə də azarkeşlər iki qola şahid olub. Lakin bu dəfə hər iki topa futbolçularımız imza atıb. Fasiləyədək iki dəfə fərqlənən yığmamız Skopyedəki görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, Makedoniya və Azərbaycan milliləri arasında ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1.

Xəbər lenti