[b]Millimiz yenə böyük hesabla uduzdu - YENİLƏNİB[/b]
13.10.2017 - 18:42
[b]Millimiz yenə böyük hesabla uduzdu - YENİLƏNİB[/b]

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin XI qrupunda II tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupun Bolqarıstanda təşkil olunan qarşılaşmalarının bu turu yığmamızın matçı ilə başlayıb.

 

İlk turda İrlandiya önündə biabırçı məğlubiyyət alan Mirbağır İsayevin yetirmələri 0:6 hesablı yenilgini unutdurmaq əvəzinə yenə böyük hesabla uduzub. Komandamız bu dəfə Ukrayna önündə aciz qalıb.

 

Qorna Orexovitsanin “Lokomotiv” stadionunda keçirilən matç ukraynalıların erkən qolu ilə başlayıb. İkinci topu buraxdıqdan sonra yığmamız fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb. Ardınca daha 4 qol vuran rəqib 6:1 hesablı qələbəyə sevinib.

 

Turun bu gün baş tutacaq digər görüşündə isə İrlandiya ilə Bolqarıstan qarşılaşacaq.

 

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

  

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

XI tur

II tur, 13 oktyabr

Ukrayna – Azərbaycan - 6:1

Qollar: Mixaylo Mudrik, 3; Roman Yakuba, 15, Danilo Silkan, 38, Alan Aussi, 62, Stanislav Biblik, 78, Artyom Sulianski, 80+1 - İsmayıl Zülfüqarlı, 17

Hakim: Halil Umut Meler (Türkiyə)

Qorna Orexovitsa. “Lokomotiv” stadionu

 

 

1

Ukrayna

2

2

0

0

9-1

6

2

İrlandiya

1

1

0

0

6-0

3

3

Bolqarıstan

1

0

0

1

0-3

0

4

Azərbaycan

2

0

0

2

1-12

0

 

0