18 Fevral 13:37 Millimizin üzvü oynamadı, komandası xal itirdi
FUTBOL xəbərləri 18 Fevral 13:37
248 baxış

Millimizin üzvü oynamadı, komandası xal itirdi

Portuqaliya Sequndasında XXV turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da meydana çıxıb.

 

Lissabon təmsilçisi “Jil Visente”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0.

 

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü bu matçda iştirak etməyib. Onun adı "18-lik"də yer almayıb.

 

Qeyd edək ki, 30 xala malik "Sportinq"in B komandası turnir cədvəlində hazırda 14-cü pillədə yer alıb.

Xəbər lenti