[b]Mövsümdə ilk, Çempionlar Liqasında 20-ci, “Qarabağ”da 25-ci[/b]
19.07.2018 - 11:55
[b]Mövsümdə ilk, Çempionlar Liqasında 20-ci, “Qarabağ”da 25-ci[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Olimpiya” matçında qeydə alınan heç-heçə Azərbaycan klublarının 2018/19 mövsümündəki ilk bərabərliyidi. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan matçadək klublarımız iki qələbə qazanıb, 2 dəfə məğlub olmuşdu.

 

Mövsümdəki ilk sülh iki yubileylə də əlamətdar olub. “Qarabağ” avrokuboklar tarixində özünün 25-ci heç-heçəsini rəsmiləşdirib. Bu, 92-ci qarşılaşmaya təsadüf edib.

 

Sloveniya klubu ilə heç-heçə təmsilçilərimizin Çempionlar Liqasındakı 20-ci bərabərlikdi. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirindəki 68-ci görüşdə bunu rəsmiləşdirib.

0