[b]Mundialın “11-liy”i [/b]
16.07.2018 - 10:15
[b]Mundialın “11-liy”i 

[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatan DÇ-2018-in ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 5 nominasiyada mükafatçıları müəyyənləşdirən qurum rəmzi “11-liy”i də tərtib edib.

 

Heyətdə Fransanın 5, Belçikanın 3 futbolçusu yer alıbsa, Xorvatiya, Braziliya, Kolumbiya 1 oyunçu ilə təmsil olunub. Yığmanın “sükan”ına da fransalı layiq görülüb.

 

“11-lik”

Qapıçı: Tibo Kurtua (Belçika);

Müdafiəçilər: Tomas Menye (Belçika), Tyaqo Silva (Braziliya), Rafael Varan (Fransa), Yerri Mina (Kolumbiya);

Yarımmüdafiəçilər: Nqolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Pol Poqba (Fransa);

Hücumçular: Killian Mbappe (Fransa), Eden Azar (Belçika), Antuan Qrizmann (Fransa);

Baş məşqçi: Didye Deşam (Fransa).

 

Ən yaxşılar

Qapıçı: Tibo Kurtua (Belçika)

Pleymeyker: Luka Modriç (Xorvatiya)

Futbolçu: Antuan Qrizmann (Fransa)

Hakim: Nestor Pitana (Argentina)

Məşqçi: Didye Deşam (Fransa)

0