[b]Mundialın 11 uğursuzu[/b]
16.07.2018 - 17:23
[b]Mundialın 11 uğursuzu[/b]

Rusiyada keçirilən dünya çempionatının ən zəif “11-liy”i müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, simvolik komandada ulduz futbolçuların çoxluğu diqqət çəkir.

 

Xüsusən də, hücum xəttinə Salah-Messi-Levandovski “trio”sunun seçilməsi maraqla qarşılanıb. Ümumiyyətlə, uğursuz heyətdə İspaniya və Almaniyadan 3, Argentinadan isə 2 futbolçu yer alıb.

 

Mundialın ən zəif baş məşqçisi adına isə artıq Argentina millisindən qovulan Xorxe Sampaoli “layiq görülüb”.

 

Mundialın uğursuz “11-liy”i: David De Xea (İspaniya) – Markos Roxo (Argentina), Jerar Pike, Xordi Alba (hər ikisi İspaniya), Mats Hummels (Almaniya) – Sami Xedira, Məsut Özil (hər ikisi Almaniya), Qulfi Siqurdsson (İslandiya) – Məhəmməd Salah (Misir), Lionel Messi (Argentina), Robert Levandovski (Polşa)

 

Qeyd edək ki, finalda Xorvatiya üzərində 4:2 hesablı qələbə qazanan Fransa dünya çempionu olub.

0