[b]Mundialın ulduzları “Bavariya”ya keçir[/b]
20.07.2018 - 14:01
[b]Mundialın ulduzları “Bavariya”ya keçir[/b]

Transfer çalışmalarını sürətləndirən “Bavariya” 2 futbolçunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, dünya çempionatında ulduzu parlayan Benjamin Pavar və Anre Rebiç Almaniya nəhənginin maraq darisindədi.

 

“Ştutqart”da çıxış edən Pavarla danışıqlar artıq yekunlaşmaq üzrədi. Klublar Fransa millisinin müdafiəçisinin keçidi məsələsində ilkin razılıq əldə ediblər. Münhenlilər əvvəlcə onu gələn il almağı planlaşdırırdı. Lakin 22 yaşlı müdafiəçinin mundialdakı çıxışı rəhbərliyin fikrini dəyişib. PSJ, “Tottenhem” və “Atletiko”nun maraq dairəsində olan Pavarın tezliklə “Bavariya” ilə münasibətləri rəsmiləşdirməsi gözlənilir.

 

“Ayntraxt”ın formasını geyinən Ante Rebiçlə bağlı danışıqlar da davam edir. “Ayntraxt” onu 30-40 milyon avroya münhenlilərə satmağı planlaşdırır.

0