[b]“Napoli” prezidenti “Barselona” futbolçusu haqda: O kimdi?[/b]
23.07.2018 - 00:41
[b]“Napoli” prezidenti “Barselona” futbolçusu haqda: O kimdi?[/b]

“Napoli”nin prezidenti Aurelio De Laurentis transfer məsələsi ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, “Barselona”nın müdafiəçisi Luka Dinlə maraqlanmadıqlarını bildirib.

 

De Laurentis hətta Fransa millisinin üzvünü tanımadığını da söyləyib: “Matteo Darmian kimi oyunçunu hər komanda heyətində görmək istəyər. Hər iki cinahda oynaya bilir. Amma Dinlə bağlı xəbərlər yalandı. O kimdi? Onun kim olduğunu heç bilmirəm”.

 

Qeyd edək ki, “Barselona”ya 2016-cı ildə PSJ-dən keçən Luka Din 2014-cü ildən Fransa millisinə çağırılır.

0