[b]“Neftçi” öncəsi son sınaq[/b]
17.07.2018 - 10:42
[b]“Neftçi” öncəsi son sınaq[/b]

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Sevilya” növbəti sınaq matçına çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, La Liqa təmsilçisi bu gün “Mursiya” ilə üz-üzə gələcək.

 

Bir neçə gün əvvəl “Bornmut”a yenilən (0:1) əndəlüs klubu “Mursiya” ilə qarşılaşacaq. Bununla da “Sevilya” Avropa Liqası öncəsi təlim-məşq toplanışını başa vuracaq və II mərhələnin son hazırlığını öz bazasında keçəcək. Çünki Pablo Maçinin yetirmələri Avroliqadakı ilk oyununu iyulun 26-da “Ramon Sançes Pisxuan”da keçirəcək.

 

Qeyd edək ki, “Neftçi” I mərhələdə “Uypeşt” səddini keçsə, “Sevilya”ya rəqib olacaq. Bakıda Macarıstan təmsilçisini 3:1 hesabı ilə məğlub edən bakılılar iyulun 19-da səfər matçına çıxacaqlar.

0