[b]“Neftçi”də ciddi itki: Kapitan xərəkdə çıxdı[/b]
19.07.2018 - 23:46
[b]“Neftçi”də ciddi itki: Kapitan xərəkdə çıxdı[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Uypeşt”lə qarşılaşan “Neftçi” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 39-cu dəqiqəsində rəqib oyunçu ilə mübarizə zamanı yerdə qalan müdafiəçi oyunu davam etdirə bilməyib.

 

Həkimlərin müdaxiləsi kifayət etməyib və zədəsi ciddi olan kapitan meydanı xərəkdə tərk edib. Onu 42-ci dəqiqədə Tural Axundov əvəzləyib.

 

Qeyd edək ki, ilk hissəsi başa çatmış oyunda “Neftçi” məğlub olur – 0:2.

0