20 Noyabr 22:14 “Neftçi”dən darmadağın, “Araz” minimalhesablı qələbəyə sevindi
FUTBOL xəbərləri 20 Noyabr 22:14
330 baxış

“Neftçi”dən darmadağın, “Araz” minimalhesablı qələbəyə sevindi

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyunda lider “Araz” üçüncü pillənin sahibi EKOL-la qarşılaşıb.

 

Nominal qonaqlar oyuna tam heyətlə çıxdığı halda, “Araz” zədəli Xətai Bağırov və cəzalı İsa Atayevin xidmətindən istifadə edə bilməyib. Əvəzində zədəsini sağaldan Kardosa Evorton - “Qalo” komandasına kömək etmək imkanı qazanıb. Görüş “Araz”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 
Turun ikinci oyununda “Neftçi” “Yasamal”la qarşılaşıb. Görüş “ağ-qaralar”ın 6:2 hesablı darmadağını ilə yekunlaşıb.

 

Turun son oyunu çempionata gəlişi ilə rəng qatan debütantlar arasında keçirilib. “Marafon Futsal” “FK.İD.Futsal”la üz-üzə gəlib. Birincilərin 6 qoluna nominal qonaqlar yalnız təsəlli qolu ilə cavab verə biliblər.

 

Futzal üzrə Yüksək Liqa

VIII tur

 

“Araz” – EKOL – 2:1
Qollar: M. da Silva, 18:53, E. Borges, 25:34 – F. Atakişiyev, 36:40

 

“Yasamal” FK – “Neftçi” İK 2:6
Qollar: M. Cahandost, 11:52, 13 (10 metrlik) – R. Balakişiyev, 3, 15:04, 30:13, 35:40, D. Xolerdi, 38:37, T. İsmayılov, 39:15
 

“Marafon Futsal” – “FK.İD.Futsal” 6:1

Qollar: S. Məmmədov, 14:50, 23, 32:23, 37:39, R. Soltanov, 25:39, 36:24 – E. İbrahimxəlilov, 16:08

Xəbər lenti