[b]“Neftçi”dən üsyançılara cəza: Əvəzedici heyət[/b]
24.06.2018 - 21:40
[b]“Neftçi”dən üsyançılara cəza: Əvəzedici heyət[/b]

Bu ilin sonuna qədər “Neftçi” ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib. Apasport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

 

Bildirilib ki, növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.

 

Növbəti mövsüm əsas heyətdə düşünülməyən Fransisko Qarsia ilə də müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, Kampas və Qomes ilə müqavilənin sonlandırılması üçün danışıqlar əvvəldən başlasa da, hər iki oyunçu buna etiraz etmişdi. Onlar bu səbəbdən cəzalandırılmış, komanda Bakıda ikən xəbərdarlıq edilmədən məşqə buraxılmamışdı. Hər iki oyunçu bu məsələni sosial şəbəkə vasitəsilə paylaşmışdılar.

0