[b]"Neymar qayıtsa..." - "Barselona"nın futbolçusu[/b]
13.03.2018 - 01:18
[b]"Neymar qayıtsa..." - "Barselona"nın futbolçusu[/b]

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo həmyerlisi Neymarın dönüşünü arzulayır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Braziliya millisinin liderinin yenidən "Barsa" formasını geyinəcəyinə inanır.

 

Koutinyo həmyerlisi ilə birlikdə daha güclü çıxış edəcəklərinə əmindi: "Neymar əla futbolçudu. Onunla birlikdə Braziliya millisinin formasını geyinirəm və bu, mənim üçün böyük şərəfdi. Neymarın "Barselona"ya dönməsi əla olardı. Əlbəttə ki, onun üzünə qapılarımız açıqdı. Ümid edirəm ki, qayıdacaq və "Barselona"nın gücünə yenidən güc qatacaq".

 

Qeyd edək ki, ötən ilin yayında "Barselona"dan 222 milyon avro müqabilində PSJ-yə transfer olan Neymar Fransa klubunda qalmaq niyyətində deyil.

0