[b]Neymar qolla döndü - VİDEO[/b]
03.06.2018 - 20:40
[b]Neymar qolla döndü - VİDEO[/b]

Neymar uzun müddətdən sonra yenidən yaşıl meydanlara qayıdıb. Apasport.az saytının məlumatına görə, o, Xorvatiya ilə yoxlama matçında iştirak edib.

 

26 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub. Neymar 69-cu dəqiqədə komandasının ilk qolunun müəllifi olub.

 

Qeyd edək ki, Neymar fevralın 25-i Fransa Liqasında “Marsel”ə qarşı matçda zədələnmişdi.

 

 

0