23 Oktyabr 12:45 Neymarın “qırmızı” etirazı: Bədənim göyərib
FUTBOL xəbərləri 23 Oktyabr 12:45
1066 baxış

Neymarın “qırmızı” etirazı: Bədənim göyərib

“Mənə göstərilən qırmızı vərəqə çox ağır cəza oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Neymar deyib.

 

Braziliyalı hücumçu Fransa çempionatının X turunda “Marsel”lə səfər matçında (2:2) meydandan qovulub. “Sambaçı” 33-cü dəqiqədə qolla yadda qalsa da, 87-ci dəqiqədə rəqib futbolçuya sərt etiraza görə, ikinci sarı vərəqə ilə cəzalandırılıb.

 

Bu haqda xarici mətbuata açıqlama verən Neymar hakimin qərarı ilə razılaşmadığını bildirib. O, həmin epizodda aqressiv davranışını rəqib futbolçuların kobud oyunu ilə əlaqələndirib: “Meydandan qovulmağım ədalətsizlikdi. Hakimin bu qərarı həddindən artıq ağır oldu. “Marsel”in futbolçuları ayağıma tez-tez zərbə endirirdilər. Son olaraq, arxadan zərbə vurdular və əsəblərimi cilovlaya bilmədim, özümdən çıxdım. Bədənim rəqib futbolçuların zərbələrindən göyərib. Buna görə də, meydandan qovulmağım haqsız qərar idi”.

 

Qeyd edək ki, PSJ “Marsel”lə görüşdə Edinson Kavaninin 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.

 

 

 

 

Xəbər lenti