[b]“Özünəinam itmişdi” – “Sumqayıt”ın məşqçisi[/b]
25.02.2018 - 17:13
[b]“Özünəinam itmişdi” – “Sumqayıt”ın məşqçisi[/b]

“Oyun haqqında fikirlərim müsbətdi. Nəticə bizi qane etdi. Oyunçular dediklərimizi yerinə yetirdilər. İlk hissədə özünəinam itmişdi. Amma soyunub-geyinmə otağındakı söhbətimizdən sonra dediklərimizi tam yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Keşlə” ilə qarşılaşan “kimyaçılar” 2:1 hesablı qələbəyə seviniblər.

 

Baş məşqçi Samir Abasovun cəzası səbəbindən komandanı oyuna çıxaran Rəhimov oyunsonrası mətbuat konfransında sualları da cavablandırıb.

 

- Heyətdə dəyişikliklər çox idi. Amil Yunanov da oynamırdı. Bunların səbəbi nə idi?

- Heç bir səbəb yoxdu. Rəşad Eyubovda bir qədər ağrı var idi. Ona görə meydana çıxmamışdı. Təkcə Azərin zədəsi var. Bu, taktiki gediş idi. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi.

 

- Belə başa düşdük ki, yarımfinal öncəsi kartlarınızı açmaq istəmirdiz...

- Onu baş məşqçi daha yaxşı izah edər. Bu gün nə demişdiksə, uşaqlar hər şeyi yerinə yetirdi. Ülvi İskəndərov da yaxşı oynadı. Bu, kart da ola bilər, başqa şey də. Nəticə və oyundan razıyıq.

0