[b]“Proqres” kifayət qədər ciddi rəqibdi” - Sənan Qurbanov[/b]
20.06.2018 - 16:56
[b]“Proqres” kifayət qədər ciddi rəqibdi” - Sənan Qurbanov[/b]

“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb. 38 yaşlı Qurbanov gabalafc.az saytına açıqlamasında “Qəbələ”nin Lüksemburqun “Proqres” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib: “Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdi. Ümumilikdə hazırkı durumda şanslar bərabərdi. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidi. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdı. Hər gün, hər məşq vacibdi. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdı. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”. 

 

0