23 Oktyabr 10:21 “Prosineçkinin Azərbaycanda nə üçün işlədiyini anlayıram”
FUTBOL xəbərləri 23 Oktyabr 10:21
3760 baxış

“Prosineçkinin Azərbaycanda nə üçün işlədiyini anlayıram”

“Prosineçki Sloveniyaya futbolçu vaxtlarından tanışdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri keçmiş futbolçu Zlatko Zahoviç deyib.

 

“Porto”, “Valensiya” və “Benfika” klublarının sabiq üzvü ölkəsinin mətbuatına müsahibə verib. O, millimizlə müqaviləsi dekabrda bitəcək Robert Prosineçkinin Sloveniya yığmasını çalışdırmaq ehtimalına da toxunub.

 

Zahoviç bu təyinatın baş tutmasına qarşı olmadığını bildirib. 46 yaşlı mütəxəssis fikrini belə əsaslandırıb: “Sloveniyalılar Prosineçkini xeyli əvvəldən tanıyırlar. O, futbolçu vaxtı “Olimpiya”da çıxış edib və bu klubda da karyerası pis alınmayıb. Prosineçkinin Sloveniyada çoxlu dostu var. Onun son olaraq Azərbaycan yığmasını çalışdırdığını bilirəm və orda nə üçün işlədiyini də anlayıram. Yeni ölkə, yeni insanlarla qarşılaşırsız, pul toplayırsız və sonra təşəkkür edib, işinizdən ayrılırsız. Amma düşünürəm ki, Prosineçki futbolda həm də nostalgiyaya görə qalıb”.

 

Qeyd edək ki, Zlatko Zahoviç 1992-2004-cü illərdə Sloveniya yığmasının şərəfini qoruyub. O, millidə keçirdiyi 80 oyunda 35 qola imza atıb.

 

 

Xəbər lenti