[b]PSJ-dən ayrılacağı dəqiqləşdi - "Barselona"ya keçir[/b]
12.07.2018 - 16:07
[b]PSJ-dən ayrılacağı dəqiqləşdi - "Barselona"ya keçir[/b]

Adrien Rabyo PSJ-dən ayrılır. Apasport.az saytının “France Football” nəşrinə istinadən məlumatına görə, Paris klubunun yeni baş məşqçisi Tomas Tuxel fransız futbolçunun komandadan ayrılmasına razılıq verib.

 

Rabyonun “Barselona” ilə 5 illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilir. 23 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 40 milyon avrodu.

 

2017-18 mövsümündə Fransa Liqa 1-də 33 matçda meydana çıxan Adrien Rabyo 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

0