11 Dekabr 13:59 PSJ-nin növbəti hədəfi - Donnarumma
FUTBOL xəbərləri 11 Dekabr 13:59
344 baxış

PSJ-nin növbəti hədəfi - Donnarumma

Son illər ulduz transferləri ilə diqqət çəkən PSJ ənənəsinə sadiq qalmaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa təmsilçisinin növbəti hədəfi qapı xətti ilə bağlıdı.

 

Belə ki, Alfonse Areolanın çıxışından məmnun qalmayan parislilər “Milan”ın qolkiperi Canluici Donnarummaya “elçi düşüb”. Gənc qapıçının anlaşmasında sərbəst qalma məbləğinin olmaması bu keçidə əngəl yaratsa da, maliyyə feyr-pley qaydalarını pozan “Milan” əsas qolkiperini yüksək məbləğ qarşılığında sata bilər.

 

Qeyd edək ki, yayda Neymarı “Barselona”dan 222 milyon avroya transfer edən PSJ mövsümün sonunda Kilian Mbappeni “Monako”dan 180 milyona alacaq.

Xəbər lenti