[b]“Qarabağ” elit komandadı” – “Kukesi”nin prezidenti[/b]
19.07.2018 - 17:40
[b]“Qarabağ” elit komandadı” – “Kukesi”nin prezidenti[/b]

“Komandamın sərgilədiyi oyuna görə heç də xoşbəxt deyiləm”. Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, bu sözləri “Kukesi”nin prezidenti Safet Qyiçi deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Valletta” ilə evdə qolsuz bərabərə qaldıqdan sonra səfərdə 1:1 hesablı heç-heçə edən Albaniya təmsilçisi məhz səfər qolu sayəsində növbəti mərhələdə “Qarabağ”a rəqib olub.

 

Matçdan sonra fikirlərini bildirən Qyiçi oyunçularını tənqid edib və əvvəlki illərdə avrokuboklarda məğlub olduqları komandalarla “Qarabağ”ın müqayisəsini aparıb: “Komandamın oyuna yanaşmasından məyus oldum. Futbolçulara mesajım budu ki, özünüzə nə qədər qiymət verdiyinizi görmək istəyirəm. Növbəti mərhələdəki rəqib “Qarabağ” elit komandadı. Bu rəqibə qarşı maksimum gücü ortaya qoymalı və oyundan zövq almalısınız. Əvvəlki illərdə seçmə mərhələlərdə “Austriya”, “Trabzonspor”, “Legiya” və “Şerif” kimi klublara məğlub olmuşuq. “Qarabağ” da onlar kimi, güclü komandadı. Ancaq təslim olmamalısınız. Hər iki komanda meydana 11 oyunçu ilə çıxır və görüş bərabərə başlayır”.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Şkoderdə, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.

0