[b]“Qarabağ”ın Albaniyadakı son məşqinin vaxtı açıqlandı[/b]
23.07.2018 - 18:13
[b]“Qarabağ”ın Albaniyadakı son məşqinin vaxtı açıqlandı[/b]

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə oyun öncəsi keçiriləcək mətbuat konfransı və son məşqinin vaxtı açıqlanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, konfrans və məşq qarşılaşmadan bir gün öncə təşkil olunacaq.

 

İyulun 24-də baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla 20:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə 21:00-da qarşılaşmanın keçiriləcəyi “Loro Boriçi” stadionunda baş tutacaq.

 

Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

0