[b]"Qarabağ"ın futbolçusu yığmadan kənarda qaldı[/b]
16.03.2018 - 21:11
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisindən kənarda qalıb. Apasport.az-ın Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Kristian Panuççi kapitana ehtiyac duymayıb.
İtaliyalı mütəxəssis 24 oyunçuya dəvət göndərib. Albanlar martın 26-da Norveçlə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
Qeyd edək ki, 2005-ci ildən Albaniya millisinə çağırılan Ansi Aqolli 73 oyunda 3 qola imza atıb.
0
0