13 Yanvar 00:02 “Qəbələ” istirahətdən qayıtdı
FUTBOL xəbərləri 13 Yanvar 00:02
283 baxış

“Qəbələ” istirahətdən qayıtdı

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. Apasport.az saytının məlumatına görə, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət verən “qırmızı-qaralar” məşqlərini bərpa edib.

 

Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib.

 

Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.

Xəbər lenti