[b]“Qəbələ”nin düşərgəsində yeni futbolçu[/b]
24.06.2018 - 12:09
[b]“Qəbələ”nin düşərgəsində yeni futbolçu[/b]

Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni oyunçu qoşulub. Apasport.az saytının məlumatına görə, “Zenit”in yarımmüdafiəçisi Aleksey İsayev komanda ilə birlikdə məşq edir.

 

Bu barədə “Matç TV”nin saytı xəbər yayıb. Ötən mövsümü icarə əsasında “Yenisey”də keçirmiş futbolçu 22 oyunda meydana çıxıb və 2 qola imza atıb.

 

Qeyd edək ki, İsayevlə “SKA Xabarovsk” klubunun da maraqlandığı iddia edilir.

0