[b]“Qəbələ”nin rəqibi qələbə ilə başladı[/b]
16.07.2017 - 19:00
[b]“Qəbələ”nin rəqibi qələbə ilə başladı[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya” Polşa çempionatında yeni mövsümə start verib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Ekstraklassanın açılış turunda “Termalika” ilə səfərdə üz-üzə gəlib.

 

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qola Sekulski imza atıb. O, 47-ci dəqiqədə penaltidən fərqlənib.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Yagelloniya” arasında Bakıda keçirilmiş ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İkinci matç iyulun 20-də Polşada baş tutacaq.

0