[b]Qələbəyə həsrət “Səbail”in növbəti rəqibi bəllidi[/b]
21.07.2018 - 01:34
[b]Qələbəyə həsrət “Səbail”in növbəti rəqibi bəllidi[/b]

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan “Səbail”in daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv “İstanbulspor”la qarşılaşacaq.

 

İyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydanında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

Qeyd edək ki, "Səbail” Türkiyədəki oyunlarından ikisində "Gənclərbirliyi”nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə uduzub, Qətərin "Əl Şəhaniyə” komandası ilə 2:2 hesablı heç-heçə edib.

0