[b]Qrizmann "Barselona"ya "yox" deyib[/b]
13.06.2018 - 12:53
[b]Qrizmann "Barselona"ya "yox" deyib[/b]

“Atletiko”nun hücumçusu Antuan Qrizmann ötən gün keçirilən mətbuat konfransında, gələcəyi ilə bağlı qərarını versə də, indilik bu barədə ictimaiyyətə açıqlama verməyəcəyini demişdi. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, fransız futbolçu “Atletiko”da qalmağa üstünlük verib.

“Barselona”nın, start heyətində oynayacağına dair zəmanət verməməsi Qrizmannın qərarında həlledici olub. Həmçinin 27 yaşlı forvard “Atletiko” rəhbərliyindən komandanın növbəti mövsüm titullara daha iddia olması adına yeni transferlər tələb edib. Məlumata görə, Madrid klubunun “Monako” ilə Toma Lemarın keçidini razılaşdırması məhz bu məsələ ilə əlaqədardı.

Qeyd edək ki, geridə qalan mövsüm İspaniya La Liqasında 32 matçda meydana çıxan Qrizmann 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

0