[b]Rəmzi komandada “Latsio”nun 3 üzvü[/b]
23.02.2018 - 16:08
[b]Rəmzi komandada “Latsio”nun 3 üzvü[/b]

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb. Apasport.az saytı xəbər verir ki, UEFA qitənin ən mötəbər ikinci klub turnirində 1/16 final mərhələsinin cavab oyunlarının ən yaxşılarını müəyyənləşdirib.

 

“11-lik”də daha çox “Latsio”nun futbolçusu yer alıb. Belə ki, İtaliya klubunun 3 oyunçusunun adı rəmzi komandaya düşüb.

 

Qapıçı: Antoni Lopes ("Lion")
Müdafiəçilər: Mixalis Bakakis (AEK), Lukaş Heyda ("Viktoriya"), Bastos ("Latsio"), Branislav İvanoviç (“Zenit”)
Yarımmüdafiəçilər: Felipe Anderson ("Latsio"), Brunu Fernandes ("Sportinq"), Leandro Paredes (“Zenit”), Marin Tomasov ("Astana")
Hücumçular: Çiro İmmobile ("Latsio"), Munas Dabbur ("Zalsburq")

0