[b]Rəqiblərimizin oyununda 3 qol[/b]
22.03.2018 - 20:07
[b]Rəqiblərimizin oyununda 3 qol[/b]

Almaniyada 17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının elit-raund mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, millimizin yer aldığı qrupda bu gün daha bir oyun keçirilib.

 

Belə ki, İslandiya ilə İrlandiya komandaları üz-üzə gəlib. Birinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənsələr də, ikinci yarıda daha bir qol vuran İslandiya 2:1 hesablı qələbə əldə edib.

 

Qeyd edək ki, VII qrupda keçirilən ilk matçda Azərbaycan millisi Almaniyaya 0:5 hesabı ilə uduzub.

 

Komanda

O

Q

H

M

T/F

X

1

Almaniya

1

1

0

0

5-0

3

2

İslandiya

1

1

0

0

2-1

3

3

İrlandiya

1

0

0

1

1-2

0

4

Azərbaycan

1

0

0

1

0-5

0

0