26 Aprel 13:06 Rəşad Sadıqovun sabiq klubu gürcü məşqçiyə tapşırıldı
FUTBOL xəbərləri 26 Aprel 13:06
516 baxış

Rəşad Sadıqovun sabiq klubu gürcü məşqçiyə tapşırıldı

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun vaxtilə çıxış etdiyi Türkiyənin “Kayserispor” klubunda növbəti baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, Tolunay Kafkasla yollarını ayıran kayserililər Gürcüstan milli komandasının sabiq futbolçusu Şota Arveladze ilə anlaşıb.

37 yaşlı futbol veteranı uzun illər çıxış etdiyi Türkiyəyə yeni ampluada qayıdacaq. Tiflis “Dinamo”sunun yetirməsi olan Şota uzun müddət çıxış etdiyi “Trabzonspor”la yanaşı, Şotlandiyanın “Reyncers”, Hollandiyanın “Ayaks”, “Alkmaar” və İspaniyanın “Levante” klublarının da şərəfini qoruyub. Oyunçu karyerasını bitirəndən sonra Arveladze “Alkmaar”da məşqçi kimi fəaliyyət göstərib. Bu müddətdə Lui van Qal, Ronald Kuman və Dik Advokat kimi tanınmış mütəxəssislərin köməkçisi olub.

Xəbər lenti