[b]“Səbail” yenə uduzdu[/b]
22.07.2018 - 20:00
[b]“Səbail” yenə uduzdu[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv “İstanbulspor”la qarşılaşıb.

 

Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydanında təşkil olunan görüş istanbulluların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, "Səbail” Türkiyədəki oyunlarından ikisində "Gənclərbirliyi”nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə uduzub, Qətərin "Əl Şəhaniyə” komandası ilə 2:2 hesablı heç-heçə edib.

0