[b]Şehiçin ardıcıl 5-ci quru oyunu[/b]
19.02.2018 - 09:02
[b]Şehiçin ardıcıl 5-ci quru oyunu[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç quru oyunlar seriyasını 5-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, IX turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmasından (0:1) sonra bosniya və herseqovinalı qapısını toxunulmaz saxlayıb.

 

Asif Məmmədovun 8-ci dəqiqədəki qoluna üzüldükdən sonra Şehiç meydana çıxdığı 5-ci qarşılaşmada da top buraxmayıb. Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0) qarşılaşmaları quru keçirən qapıçı mövsümün ikinci yarısında ikinci matçdır qol buraxmır. XV  turda “Qəbələ” (0:0), XVI turda “Səbail”lə (1:0) oyunlarda etibarlılıq nümayiş etdirən Şehiçin quru seriyası 472 dəqiqəyə çatıb.

 

Qeyd edək ki, çempionatın cari mövsümündə 7 oyun keçirən İbrahim yalnız 1 qol buraxıb.

 

0