[b]“Sumqayıt”da özbaşınalıq[/b]
20.09.2017 - 12:01
[b]“Sumqayıt”da özbaşınalıq[/b]

Oğurluğa görə saxlanılan “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçildi. Dünən gün ərzində klubun futbolçunu zaminə götürməklə buraxdırması haqda xəbərlər dolaşsa da, zaman göstərdi ki, “Sumqayıt” rəhbərliyi hətta bunu da bacarmırmış.

 

Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Oğru oğrudu və kimsə ona haqq qazandıra bilməz. Ehtiyac üzündən bu addımı atdığı deyilsə də, ölkədə Nicatdan da ağır durumda yaşayan, amma yolunu azmayan yüzminlərlə insan var. Muxtarovla bağlı məsələnin belə aktuallaşması onun tanınan biri olmasıdı. Ən əsası isə vəzifəsi gəncləri sağlam həyata cəlb etmək olan bir futbol klubunun - “Sumqayıt”ın yarımmüdafiəçini bilərəkdən tüfeyli həyata itələməsidi.

Sumqayıt” futbolçusunu taleyin ümidinə buraxıb, onun pis yollara düşməsinə şərait yaradıb. Muxtarov isə onun əlinə baxan ailəsini vəziyyətdən çıxarmaq üçün bu yola əl atıb. Oğurluğun bəraəti olmur, amma maraqıdı ki, Nicat bu işdə də fərqli davranıb – kiminsə, hansısa sıravi adamın əmlakını yox, dövlətin malını oğurlayıb. Necə ki, hətta “Sumqayıt” rəhbərliyi də edir. Dövlətin büdcəsindən gələn pulu dağıdanlar azadlıqda gəzərkən, daha kiçik cinayətə əl atan Nicat həbsdə yatır.

İş ondadı ki, klubun meneceri Ceyhun Sultanovun futbolçunun aylıq əməkhaqqını aldığını deməsi və maaşın 4 rəqəmlə ifadə olduğunu bildirməsi əslində, iz azdırmaq cəhdidi. Real durum, həqiqət başqadı.

 

Həqiqətən də Nicat “Sumqayıt”dan 4 rəqəmlə ifadə olunan məbləğ – 1100 manat maaş alırmış. Amma onun qarşısına AFFA tərəfindən kəsilən 3200 manat cəriməni özünün ödəməsi şərt kimi qoyulub. Bəlkə də klubdaxili nizam-intizam qaydalarına görə buna da razılaşmaq olar. Baxmayaraq ki, Muxtarov o cəriməni küçədə dalaşdığı üçün deyil, emosiyalar oyunu olan matçdan sonrakı hərəkətinə görə alıb. Baş məşqçi Samir Abasov da vaxtilə Nicatın cəzasının haqlı olaraq kəsildiyini bildirmişdi.

 

İş ondadı ki, “qaquliklər”in idarə etdiyi əksər klublar kimi, “Sumqayıt”da da futbolçulara yay aylarında ödəniş edilmir. Futbolçular müqavilə ilə məxsus olduqları klublarda fasilə dönəmində əməkhaqqı almırlar və o pulun hara getdiyini bircə rəhbərləri bilir. Nicat da aprel ayından bəri kənara atılıb və dolanışıq üçün təmin edilməyib. Belədə onun hansısa cəriməni ödəməsi mümkün deyil. Və 4 aydan sonra heç kim onunla maraqlanmayıb, məşqçilər hazırlığa gəlməyən Muxtarovu itirib-axtarmayıb da. Onun maaşından hissə-hissə tutmaqla həm dolanışığını təmin etmək, həm də karyerasının davam etməsinə şərait yaratmaq olardı.

 

“Sumqayıt” futbolçusunu taleyin ümidinə buraxıb, onun pis yollara düşməsinə şərait yaradıb. Muxtarov isə onun əlinə baxan ailəsini vəziyyətdən çıxarmaq üçün bu yola əl atıb. Oğurluğun bəraəti olmur, amma maraqıdı ki, Nicat bu işdə də fərqli davranıb – kiminsə, hansısa sıravi adamın əmlakını yox, dövlətin malını oğurlayıb. Necə ki,  hətta “Sumqayıt” rəhbərliyi də edir. Dövlətin büdcəsindən gələn pulu dağıdanlar azadlıqda gəzərkən, daha kiçik cinayətə əl atan Nicat həbsdə yatır.

 

Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov səhlənkarlıq edib, hətta vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Onların səhlənkarlığı, işə başdansovdu münasibəti, əməkdaşlarına qul kimi davranmasının nəticəsidi ki, bir gəncin həyatı məhv olmaq üzrədi, həyatına qara damğa düşüb. Görəsən, klubun Müşahidə Şurası nəyə görə yığışıb olanlara qiymət vermir? Axı, “Azərkimya” İstehsalat Birliyinin, eləcə də “Sumqayıt”ın Müşahidə Şurasının sədri olan Muxtar Babayev nüfuzlu adamdı, rəhbəri olduğu qurumlarda gənclərin cinayətə bu şəkildə sürüklənməsinə biganə qalmamalıdı.

 

Mənbə: futbolinfo.az

 

0