[b]“Sumqayıt”ın ilk iki rəqibi bilindi[/b]
17.07.2018 - 11:43
[b]“Sumqayıt”ın ilk iki rəqibi bilindi[/b]

Dünən təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşən “Sumqayıt”ın yoxlama görüşündə qarşılaşacağı iki rəqibinin adına aydınlıq gəlib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

 

O bildirib ki, komanda ilk olaraq iyulun 19-da Qətər təmsilçisi ”Əl Şahaniya” ilə üz-üzə gələcək. Kızılcahamamda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək. Baş məşqçi Nazim Süleymanov ayın 22-də Superliqada mübarizə aparan “Alanyaspor”la qarşılaşmada yetirmələrini sınayacaq. Bu matç 17:00-da Topuk yaylasında başlayacaq.

 

Türkiyədə ümumilikdə 4 yoxlama görüşü keçirməyi planlaşdıran “gənclik şəhəri” təmsilçisinin digər 2 rəqibi hələ bəlli deyil.


Qeyd edək ki, “Əl Şahaniya” iyulun 15-də digər təmsilçimiz “Səbail”lə yoxlama matçı keçirib və oyun 2:2 hesabı ilə nəticələnib. “Alanyaspor” isə iyulun 28-də Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək.

0