19 Oktyabr 12:32 "Torresin penalti tələbi yersiz idi” - məşhur ispaniyalı
FUTBOL xəbərləri 19 Oktyabr 12:32
4788 baxış

"Torresin penalti tələbi yersiz idi” - məşhur ispaniyalı

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 75-ci dəqiqəsində baş verənlər İspaniyada geniş müzakirə mövzusuna çevrilib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovunun qırmızı vərəqə aldığı epizodu dəyərləndirənlər arasında məşhur ispaniyalı hakim İturralde Qonzales də olub.

 

1998-2012-ci illər aralığında FİFA referisi kimi fəaliyyət göstərmiş sabiq hakim cərimə meydanı daxilində “Atletiko”nun müdafiəçisi Dieqo Qodinin “Qarabağ”ın forvardını vurmadığını düşünür. O, bu məsələdə Dinonu günahkar hesab edir: “Həmin epizodda qayda pozuntusu yox idi. Ndlovu Qodinin ona toxunmasına çalışdı. Bir növ o, müdafiəçinin ayağını axtarırdı ki, özünü ona ilişdirsin”.

 

50 yaşlı mütəxəssis qarşılaşmanın son dəqiqələrində Fernando Torresin hakimdən penalti tələb etməsini isə yersiz sayır: “Torres rəqib oyunçusunun müdaxiləsinə qədər vəziyyəti itirmişdi. Onun tələbi yersiz idi. Çünki orda penaltilik bir şey yox idi”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” görüşünün 75-ci dəqiqəsində baş hakim Dino Ndlovunun simulyasiya etdiyini əsas gətirərək, onu ikinci sarı vərəqə ilə meydandan qovub.

 

Xəbər lenti