[b]“Valensiya” baş məşqçisi ilə bağlı qərarını açıqladı[/b]
18.07.2018 - 18:26
[b]“Valensiya” baş məşqçisi ilə bağlı qərarını açıqladı[/b]

“Valensiya”nın baş məşqçisi Marselinyonun taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “yarasalar” 53 yaşlı mütəxəssisin ötən mövsümdəki fəaliyyətindən razı qalıb.

 

İlk ilindəcə komandanı La Liqada 4-cü yerə daşıyan və Çempionlar Liqasına vəsiqə qazandıran Marselinyonun müqavilə müddəti uzadılıb. Yeni sazişə görə, o, 2020-ci ilin yayına qədər İspaniya klubuna başçılıq edəcək.

 

Qeyd edək ki, Marselonyo “Valensiya”dan əvvəl 3 il (2013-2016) “Vilyarreal”ı çalışdırıb.

0