Xaqani Məmmədov yenidən AFFA-nın Hakimlər Komitəsinin sədri postuna gətirilir
10.04.2008 - 17:58
Xaqani Məmmədov yenidən AFFA-nın Hakimlər Komitəsinin sədri postuna gətirilir
Bununla bağlı “APA-Sport”a açıqlama verən X.Məmmədov hakimliyə qayıtması ilə bağlı bunları deyib: “Bu haqda eşitmişəm. Amma AFFA rəhbərliyi ilə görüşüm olmayıb. Belə fikirləri varsa, söhbət etməliyik. Həm Hakimlər Komitəsinə rəhbərlik etməyə, həm də hakimliyi davam etdirməyə hazıram. Hakimlikdən kənarda qaldığım müddətdə fiziki hazırlıq üzərində çalışmışam. Oyunlarımın sayının 400-ə çatmasına az qalıb. 359 görüş idarə etmişəm ki, bu göstəricinin nəinki postsovet məkanında, heç Avropada analoqu yoxdur. Yalnız məşhur almaniyalı FİFA hakimi Markus Merk ölkə çempionu və kuboku nəzərə alsaq, 327 matç idarə edib”.
47 yaşlı sabiq FİFA hakimi 1998-ci ildən 2001-ci ilədək HK-yə rəhbərlik edib. O, 2005-ci ilin sonunda idarə etdiyi “Turan” – “İnter” (0:1) oyunundan sonra hakimlikdən uzaqlaşdırılıb.
Qeyd edək ki, HK-nın hazırkı sədri Murad Məmmədov hazırda Macarıstanda 21 yaşlılardan ibarət futzal yığmasının Avropa çempionatının seçmə mərhələsində beynəlxalq dərəcəli hakim-inspektor funksiyasını yerinə yetirir. Onun Bakıya qayıdışı da gələn həftənin əvvəlinə təsadüf edəcək.
0