[b]Xorvatiyalı futbolçu “Beşiktaş”la anlaşdı[/b]
24.10.2017 - 10:42
[b]Xorvatiyalı futbolçu “Beşiktaş”la anlaşdı[/b]

“Beşiktaş”ın qış transfer dönəmində heyətinə qatacağı ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Kiyev “Dinamo”sunun müdafiəçisi Domaqoy Vida yanvarda bu ölkəyə köçəcək.

 

Uzun müddətdi həm klubu, həm də “Beşiktaş”la danışıqlar aparan 28 yaşlı mərkəz müdafiəçisi seçimini ikincilərin xeyrinə edib. Ukraynalılarla müqavilə müddəti bu ilin sonuna qədər olan Xorvatiya millisinin üzvü yeni komandasına havayı başa gələcək. 

Onun Türkiyə çempionunda illik məvacibi 3 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, yanvara qədər ya futbolçu, ya da klub qərarını dəyişsə, qarşı tərəfə 4 milyon avro təzminat ödəməli olacaq.

 

Qeyd edək ki, 2013-cü ildən “Dinamo”nun formasını geyinən Domaqoy Vida DÇ-2018-in Yunanıstanla pley-off matçları üçün Xorvatiya millisinə çağırılıb.

0