[b]Yığmamız Kosovo ilə bacarmadı[/b]
21.11.2017 - 14:53
[b]Yığmamız Kosovo ilə bacarmadı[/b]

Türkiyədə keçirilən “Mercedes Benz” Egey kubokunda II tura start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci oyununda Kosovo ilə görüşüb.

 

Matç İzmirin Torbalı qəsəbəsindəki Altınordu Metin Oktay bazasında baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Belə ki, Kosovo futbolçuları 2 cavabsız qolla daha güclü olublar.

 

İlk matçında Albaniyaya 1:0 hesabı ilə qalib gələn Vüqar Məmmədin yetirmələri noyabrın 23-də baş tutacaq son turda Türkiyə ilə qarşılaşacaq. İlk matçında kosovoluları 4:0 hesabı ilə yenən “ay-ulduzlular” bu gün Albaniyanı sınağa çəkəcək.

 

1

Türkiyə

1

1

0

0

4-0

3

2

Kosovo

2

1

0

1

2-4

3

3

Azərbaycan

2

1

0

1

1-2

3

4

Albaniya

1

0

0

1

0-1

0

 

0